Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hansı sabunlar zərərsizdir: maye, yoxsa bərk?

Hansı sabunlar zərərsizdir: maye, yoxsa bərk?

Tarix: 2 Noyabr 2023 22:51

Sabunun təbiiliyi tərkibində bitki komponentlərinin olması ilə müəyyən edilə bilər. Zərərli maddələr isə dərinin vəziyyətini ağırlaşdıra bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Natalya Rudyka fedpress.ru-ya danışıb.

O, bildirib ki, bərk sabun maye sabundan daha təhlükəsizdir.

"Sabunun tərkibində sintetik səthi aktiv maddələr polietilen qlikollar (PEG), trietanolaminlər, sintetik boyalar və ətirlər olmamalıdır. Təbii sabun yağ turşuları və bitki yağlarının duzlarından ibarətdir, ona görə də onun açıq-aşkar qoxusu və rəngi olmamalıdır. Yuyucu vasitənin tərkibindəki dərman bitkiləri, gil, minerallar, müalicəvi palçıq və aroma üçün efir yağları isə dəriyə yaxşı təsir göstərir", - kosmetoloq qeyd edib.

Milli.Az


Etiketlər:  Hansı sabunlar zərərsizdir maye yoxsa bərk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ