Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu qılınc ermənilərin başı üzərindən asılmalıdır ki...” - Simonyan

“Bu qılınc ermənilərin başı üzərindən asılmalıdır ki...” - Simonyan

Tarix: 3 Noyabr 2023 17:34

"Belə çıxır ki, Rusiya Ermənistanın hətta beynəlxalq platformalardakı həmkarları ilə ünsiyyətini də öz əleyhinə jest kimi qiymətləndirir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, salamlaşmamalı, beynəlxalq görüşlərdə iştirak etməməlidir".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan teleqram kanalında yazıb.

"Bunlar, bəlkə də, (ruslara görə) "düzgün müttəfiq" düşüncələri sayılır. Ermənistan həmişə öz "müttəfiqindən" ekzistensial asılı olmalıdır. Ermənistan həmişə "müttəfiq" olmasa, öldürüləcəyindən qoxmalıdır, bu qorxu, bu qılınc ermənilərin başı üzərindən asılmalıdır ki, Rusiya kimi "müttəfiq"i olsun.

Bəs yaxşı, məsələn, Ermənistanla aktiv müharibə vəziyyətində olan Azərbaycana milyardlarla dollarlıq silah satılması və Ermənistanla bağlanmış müqavilələr üzrə öhdəliklərin açıq-aşkar yerinə yetirilməməsi nə deməkdir?" - deyə Simonyan qeyd edib.


Etiketlər:  qılınc ermənilərin başı üzərindən asılmalıdır Simonyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ