Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2023 19:55
Türkiyənin məşhur "Yalı çapkını" serialında Hattuç xala obrazını canlandıran ustad aktrisa Şerif Sezerin acı hekayəsi ortaya çıxıb.
Həyatı maraqla qarşılanan və araşdırılan aktrisanın həyat hekayəsi eşidənləri kədərləndirib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, əslən Bursadan olan Şerif Sezer zeytunçuluqla məşğul olan bir ailənin böyük övladı olaraq dünyaya gəlib. Sezer difteriyaya tutulmuş əkiz bacısını gənc yaşlarında itirib.
8 yaşında olduğu zaman valideynləri boşanıb və Şerif Sezer atası ilə yaşamağa davam edib. Başqa şəhərdə məskunlaşan anasının yanına gedə bilməyib və anasız böyüməli olub.
Kiçik yaşda teatrla tanış olan Şerif Sezer oxumaq istəsə də, ailəsindən razılıq ala bilməyib. Evləndiriləcəyini eşitdiyi zaman isə məşhur aktrisa çarəni evdən qaçmaqda tapıb. Ankarada yaşayan anası ilə əlaqə saxlayıb və şəxsiyyət vəsiqəsini də götürərək evi tərk edib.
Şerif Sezer bütün təzyiqlərə baxmayaraq, Ankara Dövlət Teatrına girməyə haqq qazanıb. Teatr təhsili dönəmində siyasi elmlər fakültəsindən bir gənclə ailə qurub və həyat yoldaşının işi ilə əlaqədar Parisə köçməli olub.
Lakin başqa ölkədə yaşaya bilməyən aktrisa Türkiyəyə qayıdıb və bir neçə ildən sonra Azmi Arna adlı filosofla ailə həyatı qurub.
79 yaşlı Şerif Sezerin qızı da özü kimi aktrisadır.