Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2023 15:42
İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər tamamlanarsa, ölkəyə ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard ABŞ dollarına - Qeyd) başa gələcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İsrailin "Calcalist" iqtisadi qəzeti ölkənin Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən xəbər yayıb.
Qeyd olunub ki, bu xərclər İsrailin ÜDM-nin illik 10%-ni təşkil edəcək.
Nəşr vurğulayıb ki, Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin kimi xarakterizə edir.
Xatırladır ki, İsraildə pandemiya ilə bağlı hökumət xərcləri təxminən 160 milyard şekel təşkil etmişdi.