Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Axirət həyatında ölüm varmı?

Axirət həyatında ölüm varmı?

Tarix: 6 Noyabr 2023 00:16

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir:
"Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.
Sonra carçı: "Ey Cən­nət əhli!"- deyə çağıracaq. Cən­nət əhli başlarını qaldırıb ona tərəf ba­xa­caq­lar.
Carçı: "Bunu tanı­yırsınızmı?"- deyə soru­şacaq.
Onlar: "Bəli, bu ölüm­dür!"- deyə cavab verəcək­lər. Çünki onların hamısı ölümü görmüşdülər.
Sonra carçı: "Ey Cəhənnəm əhli!"- deyə səsləyəcək. Cəhənnəm əhli baş­larını qaldırıb ona tərəf baxacaqlar.
Carçı: "Bunu tanıyırsınızmı?"- deyə so­ru­şa­caq.
Onlar: "Bəli, bu ölümdür!"- deyə cavab verə­cəklər. Çünki onların ha­mı­sı ölümü görmüş­dülər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra on­la­ra deyilə­cək: "Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyə­cək­si­niz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşa­yacaq və heç vaxt ölmə­yə­cək­si­niz!"
Sonra Peyğəmbər:
"Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qor­xut! Çün­ki onlar qəflətdədirlər..." ayəsini oxudu və: "Bu dün­ya­nın sa­kin­ləri xəbər­siz­dirlər"- dedi, sonra da davam etdi və: "və iman gətir­mir­lər"- deyərək ayəni tamam­ladı." (əl-Buxari, 4730)

Milli.Az


Etiketlər:  Axirət həyatında ölüm varmı


RƏYLƏR