Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymarın meydana qayıdacağı tarix bilindi - Həkimi açıqladı

Neymarın meydana qayıdacağı tarix bilindi - Həkimi açıqladı

Tarix: 6 Noyabr 2023 14:30

Braziliyalı ulduz hücumçu Neymar əməliyyatdan sonra artıq xəstəxanadan evə buraxılıb. 

Sonxeber.net "24news"-ə istinadən xəbər verir ki, o, bərpa prosedurunu evdə davam etdirəcək. 

Futbolçunu əməliyyat edən həkim Rodriqo Lasmar Neymarın iyunda meydana qayıda biləcəyini bildirib. Bu isə ulduz forvardın yayda keçiriləcək ənənəvi Amerika Kubokuna qatılacağı anlamına gəlir.

Xatırladaq ki, braziliyalı forvard ötən yaydan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edir.

Neymar oktyabrın 18-də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin səfərdə Uruqvaya qarşı keçirdiyi matçda (0:2) sıradan çıxıb. Müayinə zamanı ön xətt oyunçusuna sol dizinin çarpaz bağlarının qırılması və menisk yırtığı diaqnozu qoyulub. O, ötən həftə əməliyyat olunub


Etiketlər:  Neymarın meydana qayıdacağı tarix bilindi Həkimi açıqladı


RƏYLƏR