Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 23:06
Bu gün beynəlxalq ekspert qiymətləndirmələri Ermənistanın mümkün "zonal bölgüsü"nü müzakirə edir. İstisna deyil ki, baş verən hadisələr son nəticədə kiçik Ermənistanın Türkiyə, Rusiya, İran və Avropa Birliyinin təsir zonalarına bölünməsinə gətirib çıxaracaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
"Gələcəyə indiki əzilmiş vəziyyətimizlə getməyə məcburuq. İstəməsək də, bizi aparacaqlar. Keçmişi səhv başa düşməyə və bu günü yanlış qiymətləndirməyə davam etsək, gələcəyimizi öz əllərimizlə cəhənnəmə çevirə bilərik", - o bildirib.