Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 14:36
ABŞ və digər ölkələrin İsrailin HƏMAS-a qarşı əməliyyatlarında üç günlük fasilə təklifi Fələstin qruplaşmasının xeyrinə olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İsrailin sabiq baş naziri Naftali Bennett deyib.
"Atəşkəs üçün İsrailə təzyiq etmək əvəzinə, Qəzzanı tərk-silah etmək və girovları azad etmək üçün HƏMAS-a təzyiq göstərilməlidir", - Bennett bildirib.
O əlavə edib ki, HƏMAS hərbi əməliyyatlarda üç günlük fasilə olacağı təqdirdə yalnız bir neçə girovu təhvil verməklə İsraili manipulyasiya etməyə çalışır.
Sabiq baş nazir vurğulayıb ki, İsrail öz ərazisinə təkrar hücumların qarşısını almaq üçün Fələstin fraksiyasını məğlub etməlidir:
"Təsəvvür edin, bu, nasist rejimidir, 1945-ci ilin yanvarıdır. Biz müharibədə qalib gəlməliyik".