Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 21:15
Ürək xəstəliklərində qarının yuxarı hissəsində ağrı ola bilər.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, kardioloq Mariya Zebelina xəstə ürəyin az bilinən əlamətlərini açıqlayıb.
"Ürək xəstəliyi heç də həmişə çoxunun bildiyi kimi təngnəfəslik və sinədə ağrı deyil.
Ürək patologiyalarının bir əlaməti baş ağrısıdır. Bu zaman ağrı gicgahda olur. Bu həm də təzyiqin simptomu ola bilər, ona görə təzyiqi ölçmək lazımdır.
Eləcə də ürək xəstəliyində baş hərlənmə, bayılma ola bilər. Daha çox aritmiyalarda belə hallar olur.
Ürəyə bağlı ağrını çox vaxt mədə ağrısı ilə səhv salırlar.
Bəzən ürək ağrısı sinirlərlə bütün qarına yayıla bilər.
Zamanla yaşlandıqca bəzi insanlar göz qapaqlarında ət xala bənzər dəri düyünləri görürlər. Bunlar ksantoma adlanır. Belə xallar da ürək-damar sisteminin sağlam olmadığının işarəsidir.
Düyünlərin səbəbi qanda çox miqdarda xolesterin artımıdır.
Ona görə də qarın və mədəsində ağrılar olanlar birinci ürək-damarlarını yoxlatsın, sonra digər orqanları".