Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted" 50 il əvvələ qayıdıb - UĞURSUZLUQ

Tarix: 9 Noyabr 2023 21:20

İngiltərənin "Mançester Yunayted" klubu 50 illik antirekordunu təkrarlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "qırmızı şeytanlar" 1973/1974 mövsümündən sonra ilk dəfə qara zolaqdan çıxa bilmir.

Klub bütün yarışlar nəzərə alınmaqla, bu mövsümdə keçirdiyi 17 matçın 9-da məğlub olub, heç-heçə isə qeydə alınmayıb.

Erik ten Haqın komandasının axırıncı məğlubiyyəti Çempionlar Liqasının qrup mərhələsində Danimarka "Kopenhagen"i ilə görüşə təsadüf edib. 3:4 hesabı ilə məğlub olan "Mançester Yunayted" A qrupunda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Bavariya" birinci, "Kopenhagen" isə ikinci yerdədir.

Komandanın İngiltərə Premyer Liqasında da vəziyyəti ürəkaçan deyil. Onlar 11 görüşdən sonra 8-ci pillədə qərarlaşıblar. Bundan başqa, Liqa Kuboku matçında "Nyukasl"a uduzaraq qalibi olduqları turniri tərk ediblər.

Qeyd edək ki, "Mançester Yunayted" ölkə çempionatın növbəti turunda doğma meydanda "Liverpul"dan gözlənilmədən xal alan (1:1) "Luton"la qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Mançester Yunayted 50 il əvvələ qayıdıb UĞURSUZLUQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ