Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçunun qaçırılan atasından XƏBƏR VAR

Məşhur futbolçunun qaçırılan atasından XƏBƏR VAR

Tarix: 9 Noyabr 2023 23:02

Oktyabrın 29-da Kolumbiya hökuməti İngiltərənin "Liverpul" klubunda çıxış edən futbolçu Luis Diazın atası Luis Manuel Diaz və anası Cilenis Marulandanın yanacaqdoldurma məntəqəsində qiyamçı təşkilat Milli Azadlıq Ordusu tərəfindən qaçırıldığını açıqlayıb. Onların tapılması üçün təhlükəsizlik qüvvələri 130 polis və 110 əsgərlə genişmiqyaslı əməliyyata başlayıb. Axtarışlar nəticəsində Diazın anası Cilenis Marulanda Barrancas çölündə tapılıb. 

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu gün üsyançı Milli Azadlıq Ordusu kolumbiyalı hücumçunun atasını azad edib. 

Qeyd edək ki, Diazın 26 yaşı var. O, 2022-ci ildən "Liverpul"da oynayır. Bu mövsüm 12 oyun keçirən hücumçu 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçu Kolumbiya millisində 43 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.


Etiketlər:  Məşhur futbolçunun qaçırılan atasından XƏBƏR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ