Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 23:33
Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı, həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək.
Sonxeber.net medicina.az-a istinadən 3 resepti təqdim edir.
Bal və qoz
Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olması söylənilir. Bu resept olduqca sadə və hazırlanması çox asandır. Xırda doğranmış qozun üzərinə eyni miqdarda bal əlavə edilməli və yaxşıca qarışdırılmalıdır. Daha sonra qarışığa bir neçə qaşıq zeytun yağı və eyni miqdarda limon şirəsi də əlavə olunmalıdır. Gün ərzində bir xörək qaşığı qəbul etməklə potensiyanı gücləndirmək, cinsi həvəsi artırmaq və orqanizmin gündəlik vitamin və minerallara tələbatını ödəmək mümkündür.
Gicitkan
Bunun üçün əzilmiş gicitkən toxumunu eyni miqdarda bal və qırmızı şərabla qarışdırmaq lazımdır. Alınmış qarışıqdan bir xörək qaşığı qəbul etsəniz intim həyatınızda özünüzü tam fərqli hiss edəcəksiniz.
Həmçinin, gicitkən, yumurta və soğandan hazırlanmış salatdan müntəzəm istifadə etməklə cinsi fəaliyyətinizi normallaşdırmış olarsınız.
Kəklikotu
Cinsi zəifliyə qarşı sınanmış vasitələrdən biri də kəklikotu cövhəridir. Bu cövhəri hazırlamaq üçün 100 qram qurudulmuş kəklikotunu əzib üzərinə 200 qram qaynar su əlavə etmək və soyuduqdan sonra içmək lazımdır. Kəklikotu cövhəri gündə 2 dəfə 1 fincan yeməkdən sonra qəbul edilməlidir.