Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndi paradı: bəs, sülhməramlılar iştirak edəcəkdi?

Xankəndi paradı: bəs, sülhməramlılar iştirak edəcəkdi?

Tarix: 10 Noyabr 2023 08:51

"Xankəndidə nəzərdə tutulan hərbi paraddan bir neçə gün öncə rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına açıqlamasında demişdi ki, paradda guya Rusiya sülhməramlıları da iştirak edəcək".

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Stanislav Tarasov erməni separatizmini illərdir təbliğ edən biridir:

"Rusiyalı sülhməramlılarla birgə hərbi parad Azərbaycanın milli və təhlükəsizlik maraqlarına zidd olduğundan Tarasovun açıqlamasının təxribat xarakterli olduğunu bir neçə dəfə səsləndirdim. Hansı məntiqlə rusiyalı sühməramlılarla birgə hərbi parad keçirməliydik? Görünür, bu cür xəbərlərin yayılmasında məqsəd bir tərəfdən "birgə" hərbi paradla bağlı Azərbaycanın nəbzini yoxlamaq idisə, digər tərəfdən sonrakı mərhələdə "Azərbaycan Rusiya ilə birgə hərbi parada razılaşmadı" kimi dezinformasiyalara şərait yaratmaqdır. Xankəndidəki hərbi parad planlaşdırıldığı kimi keçirildi, Rusiya hərbi kontingentinə isə geri dönüşün yolu görsənir".


Etiketlər:  Xankəndi paradı bəs sülhməramlılar iştirak edəcəkdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ