Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis rəisləri arasında dava düşdü - ANBAAN VİDEO

Polis rəisləri arasında dava düşdü - ANBAAN VİDEO

Tarix: 11 Noyabr 2023 20:56

Yakutiyada polis gününün qeyd olunması zamanı yerli polis idarəsinin rəhbərləri arasında kütləvi dava olub. Dava nəticəsində polis idarəsinin rəisi vəzifəsini icra edən şəxs komaya düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, dünən Rusiya Daxili İşlər İdarəsinin Lenski rayonundakı əməkdaşları bütün gecəni "Lena" kafesində keçiriblər. Səhər isə idarə rəisləri arasında dava başlayıb.

Əvvəlcə yerli OEBiPK-nın 30 yaşlı rəhbəri, kapitan Sevryuqin maddi-texniki təminat rəisi ilə, sonra isə polis idarəsinin rəisi vəzifəsini icra edən 40 yaşlı polkovnik-leytenant Nadtoçiyevlə dalaşıb. Nəticədə Nadtoçiyev üzündən bir neçə zərbə alıb.

Nadtoçiyev hazırda koma vəziyyətindədir. Hazırda Sevryuqinlə bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Polis rəisləri arasında dava düşdü ANBAAN VİDEO


RƏYLƏR