Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu kanalın İsraildə yayımı dayandırıldı

Bu kanalın İsraildə yayımı dayandırıldı

Tarix: 13 Noyabr 2023 14:48

İsrailin rabitə naziri Şlomo Kari hərbi-siyasi kabinetin müvafiq qərarından sonra Livanın "Əl Mayadin" telekanalının ölkədə yayımının dayandırılması haqqında qərar imzalayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.

Məlumata görə, fərman hərbi-siyasi kabinetin "yayımı dövlətin təhlükəsizliyinə xələl gətirən xarici televiziya kanalının bağlanmasına" icazə verən qaydaları təsdiq etdikdən sonra imzalanıb.

Qeyd edək ki, İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının yerli filialının bağlanmasını da müzakirə edir.

Milli.Az


Etiketlər:  Bu kanalın İsraildə yayımı dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ