Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayandan duet ortağı Nadirə gözlənilməz hərəkət – VİDEO

Ayandan duet ortağı Nadirə gözlənilməz hərəkət – VİDEO

Tarix: 13 Noyabr 2023 17:05

Duet ortaqları olan Ayan Babakişiyevanın həmkarı Nadir Qafarzadəni "Instagram" sosial şəbəkədə izləmədiyi üzə çıxıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki,  bu məsələ Nadirin "10-da görüşək" səhər verilişində qonaq olduğu zaman bəlli olub. 

Nadir "Mənim Ayanla münasibətlərim çox yaxşıdır. Onu "Instagram"da da izləyirəm. Yəgin ki, o da məni izləyir" sözlərini dilə gətirib. Buna cavab olaraq isə proqramın aparıcısı Samir Bayramlı "Ayan sizi "Instagram"da izləmir" deyib. 
Qafarzadə isə aparıcıya "Mənim sosial şəbəkədə izlədiyim 39 nəfərin içərisində Ayan da var. Məni izləmirsə, Allah canını sağ etsin. Ayan ulduzdur (gülür). O niyə məni izləməlidir ki? Əsas odur ki, mən onu izləyirəm. Əsas da budur. Mən onu izləmədən çıxarmaram. Misal üçün Aygün Kazımova heç kimi izləmir, amma mən onu izləyirəm. Əsas ürəyin olmasıdır.

İzləmək kimi məsələlər boş şeylərdir. Rihanna məni izləmədən çıxarsa, sevinərəm. Çünki ən azından o, Rihannadır" cavabını verib. 

Qeyd edək ki, Nadir və Ayan silsilə duet mahnılar yazdırıb, onlara kliplər də çəkdiriblər. 

Milli.Az


Etiketlər:  Ayandan duet ortağı Nadirə gözlənilməz hərəkət VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ