Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 20:08
Tacikistanda səkkiz saat ərzində iki dəfə zəlzələ baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, birinci zəlzələ yerli vaxtla 00:54-də (Bakı vaxtı ilə 23:54-də - red.) paytaxt Düşənbədən 215 km aralıda, Dağlıq Bədəxşan Muxtar Vilayətində dörd bal gücündə qeydə alınıb.
İkinci zəlzələ yerli vaxtla saat 08:34-də (Bakı vaxtı ilə 07:34-də - red.) 4,5 bal gücündə baş verib, episentri Düşənbədən 20 km aralıda, ocağı 15 km dərinlikdə olub.