Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Putin qələbəyə hazırlaşır” - Gözlənilməz açıqlama

“Putin qələbəyə hazırlaşır” - Gözlənilməz açıqlama

Tarix: 13 Noyabr 2023 23:54

Rusiya lideri ABŞ-da Ukraynaya yeni yardımın ayrılması ilə bağlı qərarın qəbulunun gecikməsi və Avropa Birliyinin bundan sonra maliyyə dəstəyinin davam edə bilməməsi səbəbindən müharibədə qələbəni qeyd etmək planına yenidən qayıda bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Litva xarici işlər naziri Qabrielus Landsberqis deyib.

"Hazırda, deyəsən, Putin yarımçıq qoyduğu qələbə günü ilə bağlı planlarının tozunu silməyə hazırlaşır. Çünki Vaşinqtondakı müzakirələri, Avropanın Ukraynaya hərbi dəstək vermək məsələsində irəli gedə bilməməsini və cəbhədə ukraynalılara təzyiqlərin artmasını gördükdən sonra, məncə, məmnuniyyətlə yenidən planlaşdırmağa başlaya bilər", - Landsberqis bildirib.

Litvanın baş diplomatı qeyd edib ki, qələbə gününü qeyd etməli olan tərəf Ukrayna olmalıdır, Avropa da bunun üçün əlindən gələni etməlidir.

Landsberqis hazırkı vəziyyətdə Rusiya ilə danışıqların Ukraynanın əleyhinə olacağını vurğulayıb:

"İstənilən növ atəşkəs və ya danışıqlar Moskvada qələbə gününə gətirib çıxaracaq. Putin bunu açıq şəkildə təkid edir. Elə bir gün gələ bilər ki, ukraynalılar bizim onları silahla təmin edə bilmədiyimiz üçün daha döyüşməyə bilərlər. Bu yolla Putinin qələbəsini təbliğ edirik. Açıq olmalıyıq, "qızıl orta" yoxdur. Atəşkəs olarsa, bu, Putinin qələbəsi olacaq".

Milli.Az


Etiketlər:  Putin qələbəyə hazırlaşır Gözlənilməz açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ