Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"ın "parçala, hökm sür" planı: Hədəf "Qarabağ"ın rəqibidir

Tarix: 14 Noyabr 2023 11:36

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Bayer"in üç futbolçusu "Real"ının maraq dairəsinə düşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.

İspaniya klubunun müdafiəçi Ceremi Frimponq, yarımmüdafiəçi Florian Virts və hücumçu Viktor Bonifasla maraqlandığı iddia olunur.

Bu mövsüm Frimponq 16 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Virtsin 17 oyunda 6 qol və 10 məhsuldar ötürməsi var. Bonifas isə 16 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, "Qarabağ" "Bayer"lə Avroliqa çərçivəsində 2 dəfə üz-üzə gəlib. "Köhlən atlar" hər iki görüşdə "Bayer"ə uduzub - 1:5; 0:1.

Milli.Az


Etiketlər:  Realın parçala hökm sür planı Hədəf Qarabağın rəqibidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ