Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Liverpul” tarixinin ən uğurlu transferləri açıqlandı

“Liverpul” tarixinin ən uğurlu transferləri açıqlandı

Tarix: 14 Noyabr 2023 15:34

"FourFourTwo" nəşri İngiltərənin "Liverpul" klubunun ən uğurlu transferlərinin siyahısını tərtib edib.

Milli.Az "report"a istinadən bildirir ki, portal Kenni Dalqlişi "qırmızılar"ın tarixinin ən yaxşı transferi hesab edir.

Maraqlıdır ki, hazırda Premyer Liqa təmsilçisində çıxış edən Məhəmməd Salah ikinci pillədə yer alır. İlk "üçlüy"ü isə Yan Raş qapayır.

"Liverpul" tarixinin ən uğurlu 10 transferi:

1. Kenni Dalqliş (1977-ci ildə "Seltik"dən)

2. Məhəmməd Salah (2017-ci ildə "Roma"dan)

3. Yan Raş (1980-ci ildə "Çester Siti"dən)

4. Kevin Kiqan (1971-ci ildə "Skuntorp Yunayted"dən)

5. Qrem Suness (1978-ci ildə "Midlsbro"dan)

6. Con Barns (1987-ci ildə "Uotford"dan)

7. Luis Suares (2011-ci ildə "Ayaks"dan)

8. Rocer Hant (1958-ci ildə "Stokton Hit"dən)

9. Vircil Van Deyk (2018-ci ildə "Sauthempton"dan)

10. Ron Yeyts (1961-ci ildə "Dandi Yunayted"dən)

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. Misirli hücumçu geridə qalan 6 il ərzində "qırmızılar"ın heyətində keçirdiyi 322 oyunda 198 qol vurub, 83 məhsuldar ötürmə verib. Kenni Dalqliş isə 1977-1990-cı illərdə formasını geyindiyi "Liverpul"da 501 matça çıxıb, 163 qol, 133 assistlə yadda qalıb.

Milli.Az


Etiketlər:  Liverpul tarixinin ən uğurlu transferləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ