Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məni Bülənt Ərsoya bənzədirlər''

''Məni Bülənt Ərsoya bənzədirlər''

Tarix: 14 Noyabr 2023 22:50

"Məni müğənni Bülənt Ərsoya bənzədirlər. Onun sənəti böyükdür. Bir az şişkinliyim olduğu üçün oxşadırlar".

Milli.Az axşam.az-a istinadən bildirir ki, Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib. O, sosial şəbəkələrdə tanınmış şəxslərin müzakirə edilərək təhqir olunmasına etiraz edib:

"Azərbaycanın gözəl insaları! Bəsdirin sənətkarları ortaya qoydunuz, qəlbinə dəydiniz. Onlar toylarınızda sizə şənlik, gözəllik, müsbət enerji verirlər. Sosial şəbəkədə baxıram ki, həkimindən tutmuş hamını yıxıb-sürüyürlər. Mənim nə ixtiyarım var ki, Elgizim xətrinə dəyim? Hər kəsin şəxsi həyatı var, özü bilər. İnsan nəslini analiz etsə, öz nöqsanları hamıdan çox çıxar. Birinci özünüzü düşünüb, sonra lağ edin".

Milli.Az


Etiketlər:  Məni Bülənt Ərsoya bənzədirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ