Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artak Beqlaryanın uğursuz Cenevrə sərgüzəştləri

Artak Beqlaryanın uğursuz Cenevrə sərgüzəştləri

Tarix: 14 Noyabr 2023 22:54

Azərbaycan ərazisində mövcudluğuna son qoyulmuş keçmiş separatçı rejimin nümayəndələri indi də Ermənistanın QHT-ləri tərkibində Avropada öz qeyri-qanuni təcrübələrinin təbliğatına cəhd göstərməyə çalışmaqdadır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, erməni mənbələrinin məlumatına əsasən, bu dəfə özünü keçmiş "dövlət naziri" kimi təqdim edən Artak Beqlaryan "Ermənistanın Şəfqət Cəmiyyəti" QHT-si tərkibində BMT-nin Cenevrə Ofisində Azərbaycanla bağlı Universal Dövri İcmal üzrə işçi qrupunun iclasında iştirak etsə də, iddialarının əksinə ona çıxış üçün heç bir söz verilməyib.

Bu uğursuzluqdan sonra, Artak Beqlaryanın iştirakı ilə Cenevrədə "Artsaxın bərpasına aparan yol: Azərbaycanın məsuliyyətə cəlb olunması" adlı tədbir təşkil ediləcəyi barədə xəbərlər yayılıb.

Lakin, daha sonra yayılan şəkildən də məlum olmuşdur ki, 6-7 şəxsdən və bir ölkə (Ermənistandan) başqa onun tədbirinə heç kim qatılmayıb.

Bununla da, bölgədəki reallıqları təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmağa hesablanan, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan "blokada" və "soyqırımı" iddialarını yaymaq məqsədi daşıyan növbəti "tədbir" fiaskoya uğrayıb.


Etiketlər:  Artak Beqlaryanın uğursuz Cenevrə sərgüzəştləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ