Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 20:36
Təbrizin "Mədəni" Universitetinin molekulyar hüceyrə biologiyası fakültəsinin öyrəncisi, tələbə hərəkatı fəalı və "Qadın! Həyat! Azadlıq!" şüarı altında kütləvi etirazlar zamanı saxlanılan Armita Pavir həbsxanada ikinci dəfə aclıq aksiyasına başlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, güney azərbaycanlı öyrənci həbsxana şəraitinə və tələblərinə məhəl qoyulmamasına, o cümlədən barəsində əsassız ittihamların irəli sürülməsinə və saxta etiraf verməyə məcbur edildiyinə etirazını bildirib. O, tələbləri yerinə yetirilənə qədər aksiyasını davam etdirəcəyini açıqlayıb.
Xatırladaq ki, Armita Pavir sentyabrın 21-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və şəhərin mərkəzi həbsxanasına salınıb.