Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan gimnastları finalda

Azərbaycan gimnastları finalda

Tarix: 16 Noyabr 2023 22:02

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında, eləcə də 1-ci dünya çempionatında mərhələ adlayıblar.

Federasiyadan Milli.Az-a verilən məlumata görə, yığma komandanın üzvlərindən Ömər Qasımlı, Fərhad Mustafayev (batut gimnastikası) sinxron proqramda finala yüksəliblər.

Hüseyn Abbasov (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) analoji yarışda finala, dünya çempionatında isə yarımfinala vəsiqə qazanıblar.

Milli.Az


Etiketlər:  Azərbaycan gimnastları finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ