Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnanclarını göstərmək üçün bütün bədənlərinə... - FOTO

İnanclarını göstərmək üçün bütün bədənlərinə... - FOTO

Tarix: 17 Noyabr 2023 10:08

Mərkəzi Hindistanda yaşayan sirli qəbilənin üzvləri öz tanrılarına o qədər bağlıdırlar ki, onun adını bütün bədənlərinə döydürürlər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tədqiqatçı və videoqraf Dryu Binski "Ramnami Samac" sektasını ziyarət edib və onların arasında inanclarına qəribə sədaqət nümayiş etdirənlərin sayının azalmasının, lakin inanclarının həmişə olduğu kimi güclü olduğunun şahidi olub.

Bütün bədəninə döymə etdirən insanlar purnanakşik adlandırılırlar. Onların bədənlərində, üzlərində və bəzi hallarda dillərində "Ram" sözü döymə etdirilib. Bu insanlar güclü inancları səbəbindən döymənin onlara heç bir zərər vermədiyini söyləyirlər.

Ancaq bu günlərdə "Ramnami" qəbiləsinin gəncləri bu döyməni bütün üzlərinə döydürməkdən çəkinirlər. Bunun əvəzinə onlar bədənlərinin paltarın altında qalan hissəsinə gözə çarpmayan "Ram" sözünü döydürürlər.


Etiketlər:  İnanclarını göstərmək üçün bütün bədənlərinə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ