Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 23:40
ABŞ Cənubi Qafqaz siyasətini Rusiya və İrana qarşı mübarizə kontekstində qurub.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Onun sözlərinə görə, Qərb bu siyasəti postsovet ölkələrinə, Rusiya ilə sıx bağlı olan dövlətlərə də tətbiq edir.
Səfir qeyd edib ki, bu yanaşma Qərbin əsl məqsədini göstərir. Diplomatın fikrincə, ABŞ SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətdən istifadə edərək bu coğrafiyada öz üstünlüyünü təmin etməyə çalışır.
"Çoxdan elan edilmiş bu prinsiplər hələ də "gözəl ritorika" ilə saxlanılır. Bu ritorika getdikcə daha açıq şəkildə üzə çıxır. Bunu amerikalıların Cənubi Qafqazla bağlı birbaşa Rusiya və İrana qarşı mübarizə kontekstində öz siyasətlərini müəyyən edəndə görürük. Ukraynada baş verənlər çox qəddar dərsdir", - Kopırkin bildirib.
Səfir vurğulayıb ki, Qərbin özünü Allahın yerinə qoymaq cəhdi son nəticədə Ukrayna və Rusiya xalqlarının indi yaşadıqları faciəyə gətirib çıxardı: "Bu, hamımıza çox ciddi dərs və xəbərdarlıq olmalıdır".
Kopırkinin adını çəkmədən Ukraynada baş verənlər kontekstində ABŞ-la yaxınlaşan Ermənistana xəbərdarlığı belə olub:
"Bu, bizə deyir ki, ölkələrin liderləri öz ölkələrinin milli maraqlarını qorumağa hazır olmalıdır".
Diplomat Qərbin təcrübədən keçirdiyi addımlarının nəticələrinin amansız olduğunu vurğulayıb.