Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TƏBİB: Hepatit A virusuna yoluxma müşahidə edilir

TƏBİB: Hepatit A virusuna yoluxma müşahidə edilir

Tarix: 24 Noyabr 2023 14:48

"Hazırda ölkəmizdə bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir".

Milli.Az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Yaqut Qarayeva deyib ki, xəstəlik ilkin olaraq özünü ürəkbulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir.

Həkimin sözlərinə görə, ola bilər ki, bir insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü göstərməsin.

Həkim həmçinin qeyd edib ki, hepatit A xəstəliyinin mənbəyi insandır:

"Lakin burada insanın istifadə etdiyi su, qida və əşyalar da rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir".

Milli.Az


Etiketlər:  TƏBİB Hepatit A virusuna yoluxma müşahidə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ