Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Arsenal”ın tarixinə düşdü

“Arsenal”ın tarixinə düşdü

Tarix: 26 Noyabr 2023 15:24

İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta klubun tarixinə düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "topçular"ın Premyer Liqanın XIII turunda "Brentford"u 1:0 hesabı ilə məğlub etdiyi görüşdə klub rekordunu yeniləyib.

London təmsilçisi onun rəhbərliyi altında keçirdiyi ilk 200 matçda 116 qələbə qazanıb. Bundan əvvəl rekord 111 qələbə sevinci yaşayan Arsen Vengerə məxsus idi. Bu göstəricidə üçüncü yeri ilk 200 görüşündə komandasına 106 qələbə qazandıran Corc Qrem tutur.

Qeyd edək ki, "Arsenal" hazırda 30 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi növbəti turda "Vulverhempton"la qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Arsenalın tarixinə düşdü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ