Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qasırğa akvarium-muzeyi dağıtdı - 800 heyvan öldü

Qasırğa akvarium-muzeyi dağıtdı - 800 heyvan öldü

Tarix: 28 Noyabr 2023 07:54

Xəbər verdiyimiz kimi, ötən gün Krımda qasırğa və tufan nəticəsində 1 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Sevastopoldakı akvarium-muzeydə isə 800-ə yaxın heyvan ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1897-ci ildən fəaliyyət göstərən ekzotik heyvanların olduğu zal su altında qalıb.

Qeyd edək ki, Rusiyanın Qara dəniz sahillərində yerləşən şəhərləri güclü qasırğaya məruz qalıb. Xüsusilə Soçi, Krım, Sevastopol, Novorossiysk, Anapa və Tuapse bu halla qarşılaşıb.

Milli.Az


Etiketlər:  Qasırğa akvarium muzeyi dağıtdı 800 heyvan öldü


RƏYLƏR