Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşünün detalları

Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşünün detalları

Tarix: 28 Noyabr 2023 08:09

İstisna deyil ki, Bakıda bu məsələ də müzakirə edilib

Sonxeber.net bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

"Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşü ənənəvi üçtərəfli formatın davam etdirilməsi olsa da, İrəvana silah daşınmasında Tbilisinin tranzit olaraq istifadə edilməsi fonunda müəyyən gözləntilər yaradır. İstisna deyil ki, Bakıda bu məsələ də müzakirə edilib, Gürcüstandan tranzit rolundan imtina etməsi, yaxud ən azı Ermənistanın hərbi gücünü artıra biləcək, eləcə də təhlükə yaradacaq hücum silahlarının keçidinə icazə verilməməsi istənilib. Regional təhlükəsizlik məsələlərində Bakı və Ankara ilə müttəfiqlik edən Tbilisinin bunu qəbul edəcəyi mümkün görünür.
Fransanın Gürcüstan vasitəsilə Ermənistana göndərdiyi "Bastion" zirehli maşınları Azərbaycan üçün təhlükə yaratmır. Bu baxımdan, rəsmi Bakı Avropa İttifaqından müəyyən gözləntiləri olan Tbilisinin bu addımını anlayışla qarşılayıb. Lakin Ermənistanı silahlandırmağa davam edəcək Fransanın perspektivdə ağır hərbi texnikanı da Gürcüstan üzərindən keçirmək istəyəcəyi bəllidir. Bakı və Ankara Tbilisidən bunun olmamasını istəyir".


Etiketlər:  Türkiyə Gürcüstan müdafiə nazirlərinin Bakı görüşünün detalları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ