Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu

Tarix: 30 Noyabr 2023 18:08

Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub.

Sonxeber.net xəbər verir ki, bu barədə Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub. 

Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir. 

Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir: 

"Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar". 


Etiketlər:  Naxçıvanda nəfər qızılcaya yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ