Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aylardır başı ağrıyan kişinin beynindən görün nə çıxdı - FOTO

Aylardır başı ağrıyan kişinin beynindən görün nə çıxdı - FOTO

Tarix: 1 Dekabr 2023 22:20

Vyetnamda aylardır baş ağrısından əziyyət çəkən 35 yaşlı kişi xəstəxanaya gedərkən həyatının şokunu yaşayıb.

Sonxeber.net "unikal"a istinadən xəbər verir ki, həkimlər maye axıntısı və dehidrasiya, həmçinin bağ ağrıları şikayətləri olan kişinin beyin rentgenoqrafiyasını çəkib və onun beynində iki Çin yemək çubuğu olduğunu müəyyən ediblər.

Kişi dərhal endoskopik əməliyyat keçirib və kəllə sümüyünə ilişən çubuqlar burnundan çıxarılıb. Xəstənin vəziyyətinin yaxşı olduğu bildirilərkən, Neyrocərrahiyyə şöbəsinin müdiri Dr. Nguyen Van Man hadisəni "çox nadir" adlandırıb.

Digər tərəfdən həmin şəxs 5 ay əvvəl bir məkanda həddindən artıq sərxoş olan zaman bir nəfərlə dava etdiyini və bu şəxsin onun başına nəsə bıçaqla xəsarət yetirdiyini, lakin hadisəni xatırlamadığını bildirib.


Etiketlər:  Aylardır başı ağrıyan kişinin beynindən görün çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ