Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşa-Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayrıldı

Şuşa-Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayrıldı

Tarix: 5 Dekabr 2023 13:15

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az


Etiketlər:  Şuşa Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayrıldı


RƏYLƏR