Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2023 18:06
"İnter"in hücumçusu Lautaro Martines yaxın vaxtlarda klubu ilə yeni müqavilə imzalayacaq.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, yeni müqavilənin şərtlərinə əsasən, 26 yaşlı argentinalı vergi ödənişləri nəzərə alınmaqla, ildə 7 milyon alacaq. Beləliklə, o, "İnter"in ən çox maaş alan futbolçusu olacaq. Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.
Martines 2018-ci ildən "neradzurri"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 19 oyun keçirib, 15 qol vurub və üç məhsuldar ötürmə edib. Onun "İnter"lə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.