Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heç kəs onun belə olacağını gözləmirdi, lakin... - FOTOlar

Heç kəs onun belə olacağını gözləmirdi, lakin... - FOTOlar

Tarix: 8 Dekabr 2023 06:02

Adriana Lima Los-Anceles premyerasındakı çıxışı ilə səs-küyə səbəb olandan həftələr sonra bazar ertəsi axşam yenidən qırmızı xalçaya çıxıb.

Milli.Az publika.az-a istinadən xarici mətbuata istinadən xəbər verir ki, "Victoria's Secret"in mələyi olan braziliyalı model, pərəstişkarlarının noyabr ayında Los-Ancelesdə "The Hunger Games: The Ballad Of Songbirds & Snakes" təqdimatında tanınmaz halda göründüyünü iddia etməsindən sonra özünü müdafiə etmək məcburiyyətində qalıb. Yenidən qırmızı xalçaya çıxan model Münhendə keçirilən "Mon Cheri Barbara" xeyriyyə qalasında izləyənlərdən daha yaxşı reaksiyalar alacağına ümid edib.

Əlilliyi olan uşaqlara, eləcə də tibbi yardım və fəlakətlərin aradan qaldırılması layihələri üçün pul toplanması üçün keçirilən tədbirə qatılan model makiyajda sakit tonlara üstünlük versə də, görünüşü yenə müzakirə olunub.

42 yaşlı məşhur bütün zamanların "Victoria's Secret" markasının ən gözəl və tanınan mələklərindən biri olmasına baxmayaraq, son bir ay ərzində üzündəki nəzərəçarpacaq dəyişikliklər səbəbiylə pərəstişkarları onu tənqid etməyə davam ediblər. Bəziləri onun qaşlarının formasını dəyişdirdiyini, bəziləri isə dolğular vurdurduğunu yazıb.

Milli.Az


Etiketlər:  Heç kəs onun belə olacağını gözləmirdi lakin FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ