Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 14:32
Türk mühəndislər ChatGPT-yə yerli rəqib süni intellekt layihəsi AI.LE üzərində çalışır.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar İstanbulda keçirilən "Take Off" sammitində çıxışı zamanı bildirib.
Məlumata əsasən, T3 Fondunun rəhbərliyi ilə mühəndislər türk mərkəzli proqramlaşdırma dili hazırlayır.
Qeyd edək ki, ChatGpt OpenAI tərəfindən hazırlanmış süni intellektə əsaslanan chatbotdur. Robot verdiyiniz suallara insan kimi cavab verə bilir.