Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefon ustası xəyanəti belə ortaya çıxartdı - cinayətə səbəb oldu - FOTO

Telefon ustası xəyanəti belə ortaya çıxartdı - cinayətə səbəb oldu - FOTO

Tarix: 8 Dekabr 2023 22:00

Şanlıurfada ölü tapılan Nurdi Kazanın sevgilisi Türkan K.-nin əri və yaxınları tərəfindən öldürüldüyü məlum olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 4-də Viranşehirdə yolun kənarında hərəkətsiz vəziyyətdə yatan şəxsi görənlərin tibbi yardıma xəbər verməsiylə başlayıb. Şəxsin başından tapança ilə vurularaq öldüyü təyin olunub. Araşdırma zamanı ölən şəxsin Nurdi Kazan olduğu müəyyən edilib. İstintaq başlatan Jandarma Cinayət Axtarış Qrupu  8 nəfəri şübhəli şəxs qismində saxlayıb.

İfadəsi alınan şübhəlilərdən Sedat K. qətli etiraf edib.

6 ay əvvəl intihar edən Türkan K.-nin əri Sedat K.-nın törətdiyi qətlin təfərrüatları da məlum olub.

İddiaya görə, Nurdi Kazanın xarab cib telefonunu apardığı təmir sexində 3 uşaq anası Türkan K. ilə münasibətdə olmasının nalayiq görüntüləri ortaya çıxıb.

Telefon ustası görüntülərdən Türkan K.-nin yaxınlarına xəbər verib.

Bunun üzərinə Türkan K. silahla özünü öldürüb.

İstintaq davam edir.

Milli.Az


Etiketlər:  Telefon ustası xəyanəti belə ortaya çıxartdı cinayətə səbəb oldu FOTO


RƏYLƏR