Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 10:38
Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb.
O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyat edildiyi bildirib.
Z.Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib.
Qeyd edək ki, 33 yaşlı oyunçunun "Panatinaikos"a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.