Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Atam bu ağrıya dözməyəcək” - Baydenin oğlu

“Atam bu ağrıya dözməyəcək” - Baydenin oğlu

Tarix: 9 Dekabr 2023 19:20

"Atamın bu ağrıya dözməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmaq istəyirlər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Co Baydenin vergidən yayınmaqla ittiham olunan oğlu Hunter Bayden bildirib.

"Mən bunun bitəcəyinə ümid etməyi dayandırdım, çünki atam Birləşmiş Ştatların prezidenti olduğu müddətdə onlar dayanmayacaqlar", - deyə Hunter Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınmaq ilə bağlı 9 bənddən ibarət ittiham irəli sürülüb.

Belə ki, H.Bayden 2016-2019-cu illər ərzində 1,4 milyon dollar həcmində federal vergiləri ödəməməkdə ittiham edilir. O, həmçinin etibarsız vergi bəyannaməsi təqdim etməkdə təqsirləndirilir.  "Fox News" telekanalının məlumatına görə isə, Baydenin oğlunu 17 ilə qədər həbs cəzası gözləyə bilər.

Milli.Az


Etiketlər:  Atam bu ağrıya dözməyəcək Baydenin oğlu


RƏYLƏR