Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 20:12
Ukraynada davamlı sülh o zaman mümkün ola bilər ki, Qərb Kiyevə silah ötürməyi dayandırsın və ölkə rəhbərliyi yeni ərazi reallıqlarını qəbul etsin.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova AFP-yə müsahibəsində bildirib.
Diplomat əlavə edib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür. Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyasının təslim olmasında israrlıdır, lakin belə şərtlərə əsaslanaraq, Moskva Ukrayna rəhbərliyindən heç kimlə danışmayacaq.
Zaxarova həmçinin bildirib ki, Ukraynada münaqişənin həllinin "Koreya" modelini zorla tətbiq etmək cəhdləri nəticəsiz qalıb, başqa həll yollarına ehtiyac var.