Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2023 10:16
Yaponiyanın baş naziri Fumio Kisida hesabat qaydalarını pozaraq rüşvət almaqda şübhəli bilinən ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimuranı və hakim Liberal Demokrat Partiyasında (LDP) bir neçə nüfuzlu siyasətçini əvəz etmək qərarına gəlib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə milli "The Asahi" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, xüsusən də partiyanın siyasi şurasının rəhbəri Koiti Haqiuda və partiyanın daha bir neçə rəsmisi postunu itirəcək. Bundan əvvəl Yaponiya hökumətinin başçısı həmçinin Nazirlər Kabinetinin ikinci şəxsi - Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonu əvəz etmək qərarına gəlib, o da pul almaqda şübhəli bilinir.
Hazırda bu qərarın icrasının formatı və vaxtı işlənir. Kisidanın yaxın vaxtlarda Nazirlər Kabinetində və LDP rəhbərliyində kadr dəyişikliyi həyata keçirəcəyi və bu müddət ərzində siyasətçiləri əvəzləyəcəyi gözlənilir.
İqtisadiyyat, ticarət və sənaye naziri olan Nişimura eyni zamanda Rusiya ilə iqtisadi sahədə əməkdaşlığa cavabdeh olan nazir vəzifəsini də icra edir.
Müxalifət partiyaları daha əvvəl Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiya ilə münasibətlərə cavabdeh olan nazir postunun ləğvini tələb ediblər.