Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Bu layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib

Prezident: Bu layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib

Tarix: 10 Dekabr 2023 13:48

Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq və Qara dənizləri bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Milli.Az


Etiketlər:  Prezident Bu layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ