Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 20:40
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Aİ ölkələri Ukrayna ilə bağlı heç bir məsələ, o cümlədən Kiyevə maliyyə və hərbi dəstək barədə hələ ki, qərar qəbul etməyiblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Kuleba bu haqda Aİ xarici işlər nazirlərinin görüşündən sonra danışıb.
Kulebanın sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlük perspektivləri və Kiyevə dəstək verilməsi ilə bağlı danışıqlar davam edir, bütün qərarlar isə "havada"dır.
"Ancaq maliyyə məsələləri, nisbətən desək, bloklanırsa, bu problemləri həll etməyin başqa yolları var. Lakin üzvlüklə bağlı danışıqlara başlanacağı təqdirdə konsensus əldə etməkdən başqa çıxış yolu yoxdur", - deyə nazir əlavə edib.