Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 06:46
Britaniyalı Beth Sanqarides güləndə, ağlayanda və müəyyən yeməklər yeyəndə üzündə yanıqlar əmələ gəlir.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı qız hər dəfə güləndə sanki turşuya məruz qalmış kimi üzü yanır. Tsanqarides deyir ki, o, ağlayanda və müəyyən yeməklər yeyəndə dərisi əvvəlcə qızarır, sonra isə yanır.
Hazırda 20 yaşı olan gənc qız 15 yaşından bu xəstəliklə mübarizə aparır və həkimlər hələ də dəqiq diaqnoz qoya bilməyiblər.
Sanqaridesin 15 yaşında başlayan xəstəliyinin ilk diaqnozu, Postural Taxikardiya Sindromu (POTS) idi.
Bununla belə, gənc qızın dərisində yaranan problemlərin səbəbi ilə bağlı rəsmi diaqnoz qoymaq üçün hələ də testlər aparılır.