Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2023 21:18
Qərb ölkələri Fələstin dövləti yaratmaq istəmir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"75 il öncəki qərara əsasən, İsrail dövlətinin yanında Fələstin dövləti yaradılmalı idi, amma heç kim yaratmadı. Qərb ölkələri və İsrail BMT-nin qərarı ilə nəzərdə tutulmuş Fələstin dövlətini yaratmaq niyyətində deyil. Əldə etdiyimiz məlumatlara görə, Qərb və hazırkı İsrail rəhbərliyi Qəzzanın İordan çayının qərb sahili ilə birləşməsini istəmir", - Lavrov deyib.