Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il onkoloji xəstəlikdən ölən məşhurlarımız - SİYAHI - FOTO

Bu il onkoloji xəstəlikdən ölən məşhurlarımız - SİYAHI - FOTO

Tarix: 14 Dekabr 2023 12:24

Xəbər verdiyimiz kimi, bu gün görkəmli teatr və kino aktyoru, Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən vəfat edib.

Milli.Az olke.az-a istinadən bildirir ki, R.Məlik xərçəngin bizdən ayırdığı yeganə sənətçi deyil.

2023-cü il ərzində daha bir neçə tanınmış şəxs bu xəstəlik səbəbindən dünyasını dəyişib.

Onların siyahısını təqdim edirik:

İlk olaraq "Toppuş bacı" ləqəbi ilə tanınan 49 yaşlı Əməkdar artist Tünzalə Əliyeva yanvarın 22-də bu xəstəlik səbəbindən dünyasını dəyişib.

Fevralın 21-də isə Xalq artisti, aktyor Ramiz Novruzu da eyni xəstəlik səbəbindən vəfat edib.

20 iyulda isə tanınmış telejurnalist Natəvan Babayevanın 45 yaşında onkoloji xəstəlikdən dünyadan köçmüşdü.

Son olaraq isə bu gün R.Məlikin adı bu siyahıya əlavə olundu.

Milli.Az


Etiketlər:  Bu il onkoloji xəstəlikdən ölən məşhurlarımız SİYAHI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ