Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın bir şansı qaldı - “Zaman Putin tərəfindədir, qalib gəlsə...”

Ukraynanın bir şansı qaldı - “Zaman Putin tərəfindədir, qalib gəlsə...”

Tarix: 15 Dekabr 2023 23:51

Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa Birliyinə üzvlüklə bağlı danışıqların başlanmasını təsdiqləməsi onun diplomatik qələbəsidir. Amma Rusiya lideri Vladimir Putin Ukraynanın bu məqsədə çatmasına mane olmaq üçün əlindən gələni etməkdə qərarlıdır.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Sky News" yazır.

"Bu, Ukrayna üçün böyük bir məqamdır. Ukraynalıların az qala on il əvvəl Rusiya hakimiyyətini devirmək üçün ayağa qalxdıqları zaman qarşılarına qoyduğu məqsədə indi çatmaq şansı var. Bu isə onlara döyüşmək üçün daha çox imkanlar verir", - məqalədə deyilir.

Bununla belə, AB liderlərinin Brüsseldə görüşdüyü gün Putin Moskvada keçirdiyi mətbuat konfransında müharibəsinin Ukraynanı bir dövlət kimi məhv etmək məqsədi daşıdığını bir daha vurğuladı.

"Əgər o qalib gəlsə, Prezident Zelenskinin bugünkü diplomatik qələbəsinin heç bir əhəmiyyəti qalmayacaq. Yəni Ukrayna AB-yə üzv olmayacaq", - sayt bildirir.

"Sky News" qeyd edir ki, bunun riskləri önəmlidir, çünki Ukrayna müttəfiqlərindən dəstək məsələsində çətinlik yaşayır.

"Qərbin verdiyi tanklara və təlimlərə, irəli sürdüyü strategiyaya baxmayaraq, Ukraynanın əks-hücum əməliyyatı uğursuzluqla başa çatdı, bu da bundan sonra nə olacağına dair ciddi şübhələr yaradır. Rusiya səhvlərindən nəticə çıxarıb, Ukraynanın Qərbdən silahlanmasından daha tez avtokrat müttəfiqləri ilə silahlandı. Zaman Putinin tərəfindədir", - məqalədə vurğulanır.


Etiketlər:  Ukraynanın şansı qaldı Zaman Putin tərəfindədir qalib gəlsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ