Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 19:38
Şənbə günü Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın 86 yaşında vəfat etməsindən sonra Misir hakimiyyəti ölkədə üç günlük matəm elan edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Misir Küveyt əmirinin ölümü ilə bağlı bütün ölkədə üç günlük matəm elan edilib", - ölkə rəhbərliyinin rəsmi nümayəndəsi Əhməd Fəhminin feysbukdakı səhifəsində Misir Prezidenti Əbdülfəttah əl-Sisinin yayılan fərmanında deyilir.
Əl-Sisi qeyd edib ki, Misir xalqı ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsinə və Küveyt xalqı üçün çoxlu səy və səxavət göstərən böyük, müdrik bir adam olan Küveyt liderinin vəfatından kədərlənir.