Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 19:10
Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda sürücünün idarəetməni itirərək avtomobili tramvay yolunun kontakt şəbəkəsinin dirəyinə çırpması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, zərbənin gücündən nəqliyyat vasitəsi iki yerə bölünüb.
Yaralanan sürücü və sərnişinlər xəstəxanaya yerləşdirilsələr də, birincinin həyatını qurtarmaq mümkün olmayıb. Sərnişinlərdən birinin həyati təhlükəsi qalmaqdadır.
Faktla bağlı araşdırma aparılır.