Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərbi sirr BELƏ OĞURLANIB: Zalujnının kabinetində elə cihazlar tapıldı ki...

Hərbi sirr BELƏ OĞURLANIB: Zalujnının kabinetində elə cihazlar tapıldı ki...

Tarix: 17 Dekabr 2023 23:42

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının kabinetində dinləmə cihazları aşkar edilib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "RBC Ukrayna" hərbi dairələrdəki mənbəyə istinadla məlumat yayıb.

Cihazların naməlum tipli elementlərdən hazırlandığı və buna görə də onları quraşdıranları müəyyənləşdirmək mümkün olmadığı qeyd edilir.

"Bu qurğular bu gün binaları işə hazırlayarkən aşkar edilib", - mənbə bildirib.

Bir müddət əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna Silahlı Qüvvələrinin komandanlıq qərargahında ölkə prezidenti Volodimir Zelenski ilə Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujnının apardığı iclasda qızğın müzakirələrdən danışıb.

Milli.Az


Etiketlər:  Hərbi sirr BELƏ OĞURLANIB Zalujnının kabinetində elə cihazlar tapıldı ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ